Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 3-cü doza (“booster” doza) vaksinin vurulması prosesi davam etdirilir

05 yanvar 2022 | 16:00


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində əhalinin peyvəndlənməsi prosesi uğurla davam etdirilir və eyni zamanda əhalinin “booster” doza ilə peyvəndolunma mərhələsi həyata keçirilir.  Ölkəmizin bütün regionlarında olduğu kimi sas məqsədi cəmiyyətdə kollektiv immunitetin yaradılması, epidemiya və pandemiyanın qarşısının alınması olan Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə  məqsədilə Yevlax rayonu üzrə  əhalinin peyvənd olunması kampaniyası uğurla davam etdirilir.
Bu işlərin mütəşəkkil qaydada təşkili edilməsi və səmərəliliyinin artırılması üçün Yevlax şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən rayon ərazisində yaşayan bütün sakinlərin, dövlət və qeyri-dövlət sektorunda, o cümlədən ümumtəhsil müəssisələrində və digər qurumlarda işləyənlərin, pensiya, müavinət, ünvanlı dövlət sosial yardımı alanların, ali və orta ixtisas təhsili müəssisələrində 18 və daha yuxarı yaşda olan tələbələrin peyvəndlənmə prosesinə cəlb olunması və bu məqsədlə maarifləndirmə-izahat işinin daha da gücləndirilməsi, habelə digər zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Rayon ərazisində vaksinasiya prosesi Yevlax Şəhər Ailə Sağlamlıq Mərkəzində, Aran Ailə Sağlamlıq Mərkəzində və Xaldan Ailə Sağlamlıq Mərkəzində  həyata keçirilir. Görülmüş tədbirlər 25695 nəfər əhali “booster” doza ilə peyvənd olunub. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
Vaksinasiya prosesinin vacibliyi nəzərə alınaraq əhali arasında maarifləndirmə işlərinin sürətləndirilməsi üçün yaradılmış monitorinq qruplarının fəaliyyətinin daha da artırılması, əhali arasında mütəmadi olaraq izahat-maarifləndirici tədbirlərin keçirilməsi də davam etdirilir.
Yevlax rayon sakinləri  əhalinin sağlamlığının qeydinə qalınması və ölkəmizdə koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərə görə Möhtərəm  Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər