Şriftin ölçüsü :

Saytın rəngi :

23 DEKABR ÖLKƏMİZDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİ GÜNÜDÜR

28 noyabr 2014 | 16:00

3 GÜNLÜK KURSLAR KEÇİRİLMİŞDİR

Ölkəmizdə siyasi plüralizmin, demokratiyanın, yerli özünüidarəetmənin bir sahəsi olan bələdiyyə seçkilərinin keçirilməsinə az qalıb.

Məhz ona görə də «Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük kurslar təşkil olunmuşdur. Sərəncama uyğun olaraq 48 saylı Yevlax və 49 saylı Yevlax-Mingəçevir seçki dairələrində də 3 günlük kurslara yekun vurulmuşdur.

Həmin kurslarda iştirakçılar qarşısında Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov «Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması», Yevlax rayon prokurorunun müavini, ədliyyə müşaviri Mülküm Mahmudov «Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri», Yevlax rayon məhkəməsinin hakimi Vəzirxan Məlikov «Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri», Yevlax Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Natiq Həsənov «Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri», 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi dairə seçki komissiyasının sədri Fəxrəddin Cabbarov «Bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi, bu istiqamətdə Məntəqə Seçki Komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri», 48 saylı Seçki Dairəsi dairə seçki komissiyasının sədri Yaşar Abbasov «Bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətinin təşkili» və Məntəqə Seçki Komissiyasının üzvü İlham Məmmədov «Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri» mövzularında çıxış etmişlər.

Həmin kurslarda iştirakçıların çoxsaylı sualları geniş və əhatəli cavablandırılmışdır.

Keçidlər