Şriftin ölçüsü :

Saytın rəngi :

05.03.2024-cü il tarixdə Şəhər İcra Hakimiyyəti Başçısı növbəti vətəndaş qəbulu keçirib

05 mart 2024 | 13:03
05.03.2024-cü il tarixdə Şəhər İcra Hakimiyyəti Başçısı növbəti vətəndaş qəbulu keçirib
Yevlax Şəhər İcra Hakimiyyətininin Başçısı Anar Tağıyev növbəti vətəndaş qəbulu keçirib. Şəhər İcra Hakimiyyətinin inzibati binasında fərdi qaydada baş tutan qəbulda səsləndirilən müraciətlər, təkliflər qeydiyyata alınb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlərin həll olunması üçün yerində tapşırıq verilib. Araşdırılma tələb olunan məsələlər isə qeydiyyata alınıb. Qəbulda iştirak edən vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər