Şriftin ölçüsü :

Saytın rəngi :

02.02.2024-cü il tarixdə Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu rayonun Qoyunbinəsi kəndində qəbul keçirildi

02 fevral 2024 | 21:13
02.02.2024-cü il tarixdə Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu rayonun Qoyunbinəsi kəndində qəbul keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Qoyunbinəsi kəndində növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Qəbuldan öncə məktəbin həyətində Qoyunbinəsi kəndindən olan şəhidlərin xatirəsinə inşa edilmiş Şəhidlər Abidəsini ziyarət edilərək, önünə gül dəstləri düzülmüş, Şəhər rəhbəri şəhidlərin ailə üzvləri ilə söhbət etmişdir.
Daha sonra Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən sakinlərin fərdi şəkildə müraciətləri və təklifləri dinlənilmiş, səsləndirdirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.
Həlli araşdırma tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər