Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində vakant olan inzibati vəzifələr

15 iyul 2026 | 11:53

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ümumi müsahibəyə Yevlax Şəhər İcra Hakimiyyətindən aşağıda göstərilən 2 vakant vəzifə təqdim olunub.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 15 iyul 2026-cı il tarixindən 13 avqust 2026-cı il tarixədək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Ümumi müsahibə elanları

1. Yevlax Şəhər İcra Hakimiyyəti, İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər, Havarlı kənd İƏD, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)

2. Yevlax Şəhər İcra Hakimiyyəti, İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər, Nemətabad kənd İƏD, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)

Keçidlər