Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində vakant olan inzibati vəzifələr

09 dekabr 2024 | 11:45

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Yevlax Şəhər İcra Hakimiyyətindən aşağıda göstərilən 3 vakant vəzifə təqdim olunub.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 9 dekabr 2024-cü il tarixindən 23 dekabr 2024-cü il tarixədək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Daxili müsahibə elanları

  1. Şəhər İcra Hakimiyyəti başçısı Aparatı, İnformasiya təminatı və təhlili sektoru, aparıcı məsləhətçi (1 yer)

İnformasiya təminatı və təhlili sektoru, aparıcı məsləhətçi

     2.   Yevlax Şəhər İcra Hakimiyyəti, Havarlı kənd İƏD, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)

Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

     3. Yevlax Şəhər İcra Hakimiyyəti, Nemətabad kənd İƏD, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)

Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 

Keçidlər