Vakant olan inzibati vəzifələr
12 oktyabr 2026 | 15:16
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Yevlax Şəhər İcra Hakimiyyətindən aşağıda göstərilən 1 vakant vəzifə təqdim olunub.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 12 oktyabr 2026-cı il tarixindən 26 oktyabr 2026-cı il tarixədək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
- Salahlı kənd İƏD, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)






