Sakinlərin nəzərinə!
09.04.2026-cı il tarixində saat 10:00-dan Tərtər regional Qaz İstismar İdarəsi tərəfindən qaz xətti üzərində quraşdırılmış qoruyucu klapanların alt hissəsində olan siyirtmələrin üçgedişli kranla əvəz edilməsi ilə bağlı “Yeni Yevlax” qaz paylayıcısında aparılacaq təmir işləri ilə əlaqədar şəhərin Nizami pr., K.Sabitov, S.Vurğun, Dostluq, Zərdabi, Y.Yevlax, Q.Quliyev, İ.Dəmirov, F.X.Xoyski, Nərimanov, Cavanşir, Şadlınski, M.Hüseynzadə, M.Hüseyn, İnşaatçılar, R.Behbudov, Ş.Qurbanov, Vidadi, F.Kərimov, Əfəndiyev, Firdovsi, C.Cabarlı və M.Ə.Rəsulzadə küçələrində və rayonun Varvara, Balçılı, Salahlı, Səmədabad, Yeni Çobankərə, Ağqıraqlı, Cırdaxan və İsmayılabad kəndlərində abonentlərin qaz təchizatında fasilə yaranacaqdır.






