Sakinlərin nəzərinə!
20 iyul 2026 | 15:44
21.07.2026-cı il tarixində saat 09:00-da “Kövər” kənd ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin kompressor vasitəsi ilə kipliyə sınaq edilməsi ilə əlaqədar rayonun Malbinəsi, Qoyunbinəsi, Qaraməmmədli, Qaramanlı, Hacımahmudlu, Nurallar, Dəlləklər, Nəmirli, Göyük, Rüstəmli, Kövər və Kolanı kəndlərinin mavi yanacaqla təminatında fasilə yaranacaqdır.






