Şriftin ölçüsü :

Saytın rəngi :

Mavi yanacağın verilişində müvəqqəti fasilə yaranacaqdır

08 oktyabr 2025 | 16:48
Sakinlərin nəzərinə!
Tərtər Regional Qaz İsitismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən 09.10.2025-ci il tarixində saat 09:00-da “Kövər” kənd ölçü qovşağını təbii qazla təmin edən diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə rayonun 12 kəndində Kövər, Kolanı, Malbinəsi, Qoyunbinəsi, Qaraməmmədli, Rüstəmli, Qaramanlı, Nurallar, Dəlləklər, Nəmirli, Göyük və Hacımahmudlu kəndlərində əhalinin mavi yanacaqla təminatında fasilə yaranacaqdır.
Nəzərə almağınızı xahiş edirik.
Keçidlər