Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanlar

 Mədətov Fariz Əlövsət oğlu

Həyatı: 18 aprel 1972-ci il Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə burada təhsil almışdır. 1990-1992-ci illərdə hərbi xidmətdə olmuşdur. O, xidmətini başa vurub qayıtdığı zaman Qarabağ müharibəsi artıq başlamışdı.

Döyüşlərdə iştirakı: Milli Ordu sıralarında döyüşlərə girir. İlk döyüşü Qubadlı rayonunun Başarat kəndində olur. Sonra onu Füzuli rayonuna göndərirlər. Yağlıvənd, Tuğ, Horadiz kəndlərində qaynar döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl qəhrəmanlıq səhifələri yazdı. Daha sonra Kəlbəcər və Goranboy rayonlarında döyüşlərə girir. Fariz xeyli erməni yaraqlısını şəxsən özü məhv edir. 1994-cü il Tərtər rayonununda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən döyüşçü paltarını geyinir. 1996-cı il ordudan tərxis olunur və Yevlax rayon Polis İdarəsində çalışmağa başlayır. Fariz 1998-2003-cü illərdə Polis Akademiyasında təhsil alır. Hazırda Yevlax rayon Polis İdarəsində işləyir.Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mədətov Fariz Əlövsət oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

 

 

 

Əsədov Malik Hamil oğlu

Həyatı: 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidməti Qazaxıstanda başa vurmuşdur.

Döyüşlərdə iştirakı: Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçdi. Malik bu hücumun qarşısını alarkən erməni faşistləri tərəfindən  qəddarlıqla qətlə yetirilmişdir.Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Keçidlər