Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Yevlax rayonunda 57 ümumtəhsil məktəbi var. Bu məktəblərdə 16788 şagirdə 2033 nəfər müəllim dərs deyir. Məktəblərdən 40-ı orta, 9-u əsas, 8-i ibtidai məktəbdir.

Bu məktəblərdən 10-u şəhərdə, 47-si rayonun qəsəbə və kəndlərində yerləşir. 2004-2019-cu illər ərzində rayonda 23 yeni məktəb binası tikilmiş, 7 məktəb əsaslı şəkildə təmir olunmuş, 3 məktəbdə əlavə sinif otaqları inşa olunmuşdur. Hazırda Ərəbbəsrə kəndində modul tipli məktəbin quraşdırılması işləri aparılır.Şəhərdə 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir: Uşaq Gənclər Yaradıcılıq Mərkəzi və Uşaq Gənclər Şahmat İdman MəktəbiRayonda 26 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bunlardan 8-i şəhərdə, 18-i kəndlərdə yerləşir.Təhsilin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 11 nəfər müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 10 nəfər müəllim “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Keçidlər