Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Ölkəmiz hüquqi, demokratik dəyər və prinsipləri əsas götürərək sürətli inkişaf dövrünü yaşayır. Hakimiyyətə gələndən az sonra 24 noyabr 2003-cü ildə AR Prezidenti İlham Əliyev Respublikamızın inkişafına həsr olunan bir sıra mühüm sənədlər imzaladı, o cümlədən AR reqionların sosial iqtisadi inkişafı Dövlət proqramını. Həmin Proqrama əsasən iqtisadiyyatımıza yatırılan sərmayələr daha çox regionlara istiqamətləndirilməlidir. Bu müddəaları rəhbər tutaraq, Yevlax r-nu İcra Hakimiyyəti çox bir qısa zaman ərzində rayonun iqtisadiyyəti, təhsil, idman, səhiyyə, mədəniyyət sahəsində gözəçarpan dərəcədə nailiyyətlər əldə edib.

Rayon mərkəzi abadlaşdırılaraq yaşıllıq və gözəllik diyarına çevrilib. Yeni-yeni müasir sənaye obyektləri işə salınaraq Respublikanın ümumdaxili məhsulunun artırılmasına və əhalinin işlə təmin olunmasına xidmət edirlər. Gənc nəslin sağlam böyüməsində idmana xüsusi yer ayrılır. Qısa bir zamanda Karvan stadionu istifadəyə verilib. Eyni adlı futbol komandası Respublika çempionatında çıxış etməklə yanaşı beynəlxalq yarışlarda da uğurla çıxış edir. Bir kiçik məqalədə bütün görülən işləri və Yevlağın tarixində analoqu olmayan hadisələri əhatə etmək mümkün deyil. Bizim gördüyümüz işlər və nailiyətlərlə daha yaxından diqqətinizə təqdim etdiyimiz veb saytımızda tanış ola bilərsiniz.

Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının İnkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramında (Elektron Azərbaycan) göstərilən müddəaları rəhbər tutaraq Yevlax rayonunda da bu sahənin inkişafına diqqət yetirilir və deyilənin bariz nümunəsi kimi diqqətinizə çatdırılan veb saytı göstərmək olar. Bu saytı yaratmaqda məqsədimiz yeni İnformasiya Texnologiyalarından istifadə edərək öz idarəçilik üsullarını təkminləşdirərək əhaliynən əlaqələrimizi gücləndirmək, onlara daha yaxın olmaq, Elektron Hökümət və idarəçilik sisteminin əsasını qoymaqdır.

İndi rayonun istənilən sakini dünyanın istənilən nöqtəsindən, İcra hakimiyyətinə gəlmək üçün vaxt və vəsait sərf etmədən, süründürməciliyə məruz qalmadan saytda verilən elektron ünvanlara müraciət edərək öz problemlərinin həllinə dair operativ cavab ala bilər.

Göstəricilər İnformasiya Ölçü vahidi
1 Rayonun mərkəzi olan şəhər və ya qəsəbənin adı Yevlax şəhəri  
2 Kəndlərin sayı 46 ədəd
3 Qəsəbələrin sayı 3 ədəd
4 Rayonun iri dövlət və şəxsi müəssisələrinin sayı 88 ədəd
5 Rayonun mərkəzində əhalinin ümumi sayı 128518 nəfər
6 Şəhər əhalisinin ümumi sayı 71970 nəfər
7 Kənd əhalisinin ümumi sayı 56548 nəfər
8 Rayonda əhalinin orta sıxlığı 87 nəfər/kv.km
9 Əhalinin cinsi xüsusiyyətlərə görə bölgüsü (kişi) 62717 nəfər
10 Əhalinin cinsi xüsusiyyətlərə görə bölgüsü (qadın) 65801 nəfər
11 Əhalinin yaşlara görə bölgüsü (18 yaşa qədər) 39583 nəfər
12 Əhalinin yaşlara görə bölgüsü (18-dən 60-63-a qədər) 77239 nəfər
13 Əhalinin yaşlara görə bölgüsü (pensiyaçılar) 11696 nəfər
14 Rayonda ali təhsilli əhalinin sayı 5284 nəfər
15 Rayonda orta təhsilli əhalinin sayı 50386 nəfər
16 Rayonda məskunlaşmış qaçqınların sayı 965 nəfər
17 Rayonda məskunlaşmış məcburi köçkünlərin sayı 11189 nəfər
Sahə
18 Rayonun ümumi sahəsi 1540 kv.m
19 Məhsuldar torpaqların ümumi sahəsi 891 kv.m
20 Kənd təsərrüfatına yararsız torpaqların ümumi sahəsi 585 kv.m
21 Heyvandarlıq üçün otlaqların ümumi sahəsi 557 kv.m
22 Əkilmiş sahələrin ümumi sahəsi 307 kv.m
23 Meyvə bağlarının ümumi sahəsi 1,24 kv.m
24 Şoran torpaqların ümumi sahəsi 107 kv.m
Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin sayı
25 Məktəbəqədər uşaq müəssisələrin sayı 25 ədəd
26 Ümumtəhsil məktəblərinin sayı 57 ədəd
27 Texniki peşə və orta ixtisas məktəblərinin sayı 1 ədəd
28 Ali təhsil müəssisələrinin sayı - ədəd
29 Xəstəxanaların sayı 2 ədəd
30 Mədəniyyət ocaqların sayı 93 ədəd

 

Keçidlər