Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhidin ad günü qeyd edilib

11 dekabr 2021 | 16:00


Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax Rayon Təşkilatının və Təhsil Şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Əsgərov Sadiq Elbəyi oğlunun doğum günü münasibətilə Yevlax Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid ailə üzvlərinin,qazilərin,rayon sakinlərinin iştirak etdiyi mərasimdə, şəhidin ruhuna dualar oxunub,məktəblilərin onun xatirəsinə hazırladığı bədii kompozisiya dinlənilib. Tədbir çərçivəsində Yevlax şəhər UGİŞM-nin şəhidin xatirəsinə həsr etdiyi idmanın şahmat növü üzrə rayon turnirinin qaliblərinə Şəhidin ailə üzvləri tərəfindən fəxri-fərmanlar təqdim olunub.
Şəhid Sadiq Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını bildiriblər.

Keçidlər