Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin ad günü qeyd edildi

06 dekabr 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Təhsil şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Cabbarov Oruc Akif oğlunun rayonun Nərimanabad kənd qəbirstanlığındakı məzarını doğum günü münasibətilə ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər. Mərasimdə şəhidin ruhuna dualar oxunub,məktəblilərin onun xatirəsinə hazırladığı bədii kompozisiya dinlənilib.
Şəhid Oruc Cabbarov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq  Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.
Tədbirdə  Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi idmanın sambo güləş növü üzrə rayon turnirinin qaliblərinə şəhidin valideyinləri tərəfindən fəxri fərmanlar təqdim olunub.  Daha sonra şəhidin yaşadığı ünvanda ailə üzvləri ziyarət olunub, onun şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını bildiriblər.

Keçidlər