Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda əlilin müraciəti dərhal təmin edildi

12 noyabr 2021 | 16:00


Sağlamlıq imkanları məhdud olan Yevlax rayonun Malbinəsi kənd sakini, 1-ci qrup əlil Gülər Hacıyeva istifadə etdiyi əlil arabasının yararsız hala düşdüyü səbəbindən yeni əlil arabası ilə təmin edilməsi xahişi ilə Yevlax Şəhər İcra Hakimiyyətinə  müraciət etmişdir. Müraciətdən dərhal sonra Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Gülər Hacıyevanı evində ziyarət edərək ona yeni əlil arabası təqdim etmişlər.

 

Keçidlər