Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda körpələr evi-uşaq bağçası əsaslı təmir edilir

11 noyabr 2021 | 16:00

 

Uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da körpələr evləri və uşaq bağçalarının tikilməsi və ya əsaslı təmir edilməsi diqqət mərkəzində saxlanılır. Azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün hər cür imkanlar yaradılır, uşaq bağçaları müasir inventar və avadanlıqlarla təmin olunur.

Yevlax şəhər 3 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir edilir. 6 qrupda, 110 uşağın tərbiyə olunduğu körpələr evi-uşaq bağçası 1961-ci ildən fəaliyyət göstərir və uzun müddət təmir olunmurdu. Hazırda aparılan əsaslı təmir işləri çərçivəsində uşaq bağçasının binasında suvaq işləri görülüb, qapı və pəncərələr, döşəmə və tavan yenisi ilə əvəzlənir. Binanın dam örtüyü, mətbəx, sanitar qovşağı da əsaslı şəkildə təmir olunur. Uşaq bağçasında su, elektrik və kanalizasiya xətləri yenilənib, həyətdə xüsusi istirahət guşələri də yaradılıb.

Keçidlər