Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti şəhid xatirə bulağı istifadəyə verilib

10 noyabr 2021 | 16:00


Yevlax rayonunun Rüstəmli kəndində şəhid Ağayev İldırım Qafqaz oğlunun xatirəsinə inşa edilən bulağın açılışına həsr edilmiş tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, YAP Yevlax rayon təşkilatının əməkdaşları, kənd sakinəri, Şəhidin döyüş yoldaşları və qazilər iştirak ediblər.
Tədbir zamanı şəhid İldırım Ağayevin simasında bütün şəhidlər haqqında danışılıb, onların xatirəsinin hər zaman uca tutulacağı bildirilib.
Mərasim iştirakçıları cəsur döyüşçülərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlarından, həmçinin müharibə iştirakçılarının göstərdikləri igidliklərdən söhbət açılıb.
Rüstəmli kənd tam orta məktəbinin şagirdləri Şəhidlərə həsr edilmiş şerlər səsləndirdilər.
     Qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ-si olan İntiqam Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayon Rüstəmli kənd qəbiristanlığında dəfn edilib
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin  müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” “Şuşanın azad olunmasına görə”,“Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilib.
Şəhid İldırım Ağayevin valideynləri övladları ilə fəxr etdiklərini söyləyərək, göstərilən diqqət və qayğıya görə ölkə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını bildiriblər.

Keçidlər