Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Zəfər gününə hər edilmiş tədbir keçirildi

06 noyabr 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyəti, Yevlax şəhər Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr - "Zəfər Günü"nə həsr edilən "Ayrılarmı könül candan?!" adlı tədbir keçirilib.
Vətən Müharibəsi qazilərinin və iştirakçılarının da dəvət edildiyi tədbirdə şanlı qələbəmizin rəmzi Xarıbülbül ilə şəhidlərimizin rəmzi olan Qərənfilin dialoqu, "Qarabağ inciləri" və "Bayraq" rəqs kompozisiyası, 300-dən çox gəncin iştirakı ilə müstəqillik rəmzimiz - bayrağımıza həsr edilən flashmob, şeirlər təqdim edilib.
Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına yürüş etdilər. Yürüş Şəhidlər Xiyabanındakı Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə sona çatdı.

Keçidlər