Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhidin ad günü qeyd edilib

06 noyabr 2021 | 16:00


Yevlaxda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsgəndərov Elvin Mətləb oğlunun ad günü anadan olduğu Tanrıqulular kənd qəbiristanlığındakı məzarı başında qeyd edilib.
Anım mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin , YAP Yevlax rayon təşkilatının, Yevlax Şəhər Təhsil Şöbəsinin əməkdaşları, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyub.
Sonra Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbinin keçirdiyi şəhidin xatirəsinə həsr olunmuş sambo üzrə rayon turnirinin qaliblərinə  Fəxri Fərmanlar, medallar və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Şəhidin təhsil aldığı Tanrıqulular kənd tam orta məktəbinin şagirdləri şəhidin xatirəsinə hazırladığı bədii kompozisiya dinlənilib.
Qeyd edək ki, Elvin İskəndərov 06.11.1989-cu ildə Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. Vətən Müharibəsində gizir kimi xidmət edib. 2020-ci il sentyabrın 27-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayonu Tanrıqulular kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" ,"Laçının azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.
Şəhid Elvin İsgəndərovun valideynləri övladları ilə fəxr etdiklərini söyləyərək, göstərilən diqqət və qay¬ğıya görə ölkə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını bildiriblər.

Keçidlər