Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə medallar təqdim olunub

05 noyabr 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə Möhtərəm Prezidentimiz Cənab  İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş yevlaxlı igidlərin ailələrinə medalların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, şəhidlərin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbiri giriş sözü ilə açaraq şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbiçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.  İcra Hakimiyyətinin Başçısı Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid ailələrinə öz minnətdarlığını bildirdi.
Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan Şəhər rəhbəri vurğuladı ki, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindəndir.
Anar Tağıyev həmçinin qeyd etdi ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.
Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş şəhidlərin medalları ailə üzvlərinə təqdim olundu.
Şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər