Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qaziləri və iştirakçılarına medallar təqdim olundu

04 noyabr 2021 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş yevlaxlı qazilərə, müharibə iştirakçılarına  medalların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Vətən Müharibəsi qaziləri, Vətən Müharibəsi iştirakçıları, müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi özünə gül dəstələri düzərək xatirəsinə öz ehtiramlarını bildirdilər. Daha sonra tədbir Yevlax Şəhidlər Xiyabanında davam etdi. Burada iştirakçılar Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş,ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbiri giriş sözü ilə açaraq şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Şəhər Rəhbəri rəhbəri Vətənə layiqli xidmət etdiklərinə görə tədbidə iştirak edən qazi və iştirakçılara öz minnətdarlığını bildirdi.
Ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlardan da danışan İcra Hakimiyyətinin başçısı Azərbaycan Ordusunun yaranmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək bildirdi ki, bu gün Ümummilli Liderimizin ordu quruculuğu siyasəti möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoydu. Müzəffər Ali Baş Komandan və şanlı Azərbaycan Ordusu möhtəşəm  qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdılar. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.
Qeyd olundu ki, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.
Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş qazilər və müharibə iştirakçılarına medalları təqdim olundu.
Vətən müharibəsi Qaziləri və iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər