Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbəri növbəti onlayn qəbul keçirdi

07 sentyabr 2021 | 16:00


Yevlax Şəhər  İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti dəfə onlayn qaydada vətəndaşları qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, qəbulda qaldırılan icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəziləri isə aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.
Qəbul zamanı Şəhər Rəhbəri Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması  məqsədilə əhalinin vaksinasiya olunmasının önəmini sakinlərin nəzərinə çatdırdı, insanları vaksinləşmə prosesində fəal olmağa çağırdı.
Rayon sakinləri əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident hörmətli  Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər