Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhidin doğum günü qeyd olunub

21 avqust 2021 | 16:00


Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində fədakarlıq göstərən igid şəhid oğullarımızdan biri olan Yusifli Yusif  Sabir oğlunun doğum günü qeyd olunub.
“Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş şəhidin doğum günü münasibətilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Yevlax Şəhidlər Xiyabanında şəhidin məzarını ziyrət edərək üzərinə güllər düzdülər və şəhidin ruhuna ehtiramlarını ifadə etdilər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə - cəmi 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən  danışıb, Yusif və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyib.
Daha sonra çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Xaliq Əliyev bildirdi ki, 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşdü. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbi tərəfindən Şəhidin xatirəsinə şahmat turniri,Şəhidin təhsil aldığı 2 saylı tam orta məktəb tərəfindən  isə şer müsabiqəsi keçirilib. Yarışın və müsabiqənin qaliblərinə  Fəxri Fərman və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Daha sonra Şəhidin yaşadığı fərdi evin qarşısında barelyefi açılıb.
Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, bu qayğını çox yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və 1-ci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.

Keçidlər