Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxın yeni salınan yaşayış massivində elektrik təsərrüfatı yenidən qurulur

18 avqust 2021 | 16:00


Yevlax rayonunun Yuxarı Qarxun kənində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi əsasında kəndin 350 nəfər sakinin yaşadığı yeni yaşayış massivində “Yevlax Elektrik Şəbəkəsi”  tərəfindən müasir tələblərə cavab verən 0,4 kv-luq  elektrik şəbəkəsinin qurulmasına başlanılıb və artıq 45 ədəd SİP kabelin dayaqlar basdırılıb və işlər davam etdirilir. Ümumilikdə isə kənddə 117 ədəd 0,4 kv-luq, 6 ədəd isə 10 kv-luq dayaqların basdırılması nəzərdə tutulub.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Yuxarı Qarxun kəndində olub, işlərin gedişi ilə yerində tanış olaraq kənd sakinləri ilə görüşüb, aparılan işlərin gedişatı ilə bağlı əlavə tapşırıqlar verib.
Kənd sakinləri köhnə və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin zaman-zaman elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildiriblər. Elektrik şəbəkəsinin yenidən qurulması nəticəsində artıq bu problemlər aradan qalxacaqdır.
Kənd sakinləri onlara yaradılan bu şəraitə görə ölkə Prezidenti İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər