Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Vətən Müharibəsi şəhidi Ceyhun Əyyubovun doğum günü qeyd olunub

16 avqust 2021 | 16:00

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində fədakarlıq göstərən igid şəhid oğullarımızdan biri olan baş leytenant Ceyhun Əyyubovun 16 avqust 2021-ci il tarixində doğum günü – 29 yaşı qeyd olunmuşdur.
Şəhidin əziz xatirəsini yad etmək məqsədilə onun Yevlax Şəhidlər Xiyabanındakı məzarı şəhidin ailə üzvləri, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının əməkdaşları, rayonun fəal gəncləri tərəfindən ziyarət edilib və döyüşlərdə şücaət göstərən igid Vətən oğlunun unudulmaz xatirəsi dərin ehtiramla yad olunub. O cümlədən Şəhidlər Xiyabanında əbədiyyata qovuşan digər şəhidlər də ziyarət olunub.
Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ceyhun Əyyubovun xatirəsinə Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbi tərəfindən şahmat turniri, Şəhidin təhsil aldığı 4 saylı tam orta məktəb tərəfindən  şer müsabiqəsi keçirilib. Yarışın və müsabiqənin qaliblərinə  Fəxri Fərman və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Şəhid ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, bu qayğını çox yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər