Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhidlərin ad günləri qeyd olundu

15 iyul 2021 | 16:00


Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Yevlax şəhər sakini Ağazadə Murad İkram oğlunun və Ağdam sakini, Yevlax rayonunda müvəqqəti məskunlaşmış, Səmədov Sadiq İbrahim oğlunun doğum günləri  uyuduğu şəhidlər xiyabanında məzarları yanında və sonra yaşadıqları evlərdə ailələri ilə görüşülərək qeyd edilib.
Anım mərasimlərində Şəhər icra hakimiyyətinin məsul əməkdaşları, şəhidlərin yaxınları, gənclər, ictimaiyyət nümayəndələri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidlərin məzarlarını ziyarət ediblər.
Şəhid Ağazadə Murad İkram oğlu 2000-ci ilin iyulun 13-də Yevlax şəhərində anadan olub. Vətən müharibəsində könüllü olaraq iştirak edən Şəhidimiz Murad Ağazadə Tərtər istiqamətdə düşmənə qarşı aparılan döyüşdə 02.10.2020-ci ildə şəhidlik zirvəsinə yüksəlmişdir. Vətən müharibəsində  göstərdiyi qəhrəmanlıqlara görə  ölümündən sonra Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”,“Suqovuşanın azad olunmasına görə “ medalları ilə təltif olunub.
Şəhid Səmədov Sadiq İbrahim oğlu 2000-ci ilin iyulun 13-də Yevlax şəhərində anadan olub. Vətən müharibəsində Müddətdən artıq Hərbi Qulluqçu kimi iştirak edən Şəhidimiz Sadiq Səmədov Tərtər istiqamətdə düşmənə qarşı aparılan döyüşdə 09.10.2020-ci ildə şəhidlik zirvəsinə yüksəlmişdir. Vətən müharibəsində  göstərdiyi qəhrəmanlıqlara görə  Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” , “Suqovuşanın azad olunmasına görə“ medalları ilə təltif olunub.
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə şəhidlərin xatirəsinə Şəhər Uşaq Gənclər İdman Şahmat məktəbi onlayn şahmat turniri keçirmiş, qaliblərə fəxri fərmanlar şəhidlərin ailə üzvləri və yaxınları tərəfindən təqdim edilmişdir.
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimlərdə iştirakçılar şəhidlərin şərəfli döyüş yollarına nəzər salaraq, müqəddəs ruhlarına rəhmət diləyiblər.
Şəhidlərin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər