Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda vətəndaşların növbəti qəbulu keçirilib

14 iyul 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev onlayn formada növbəti vətəndaş qəbulu keçirdi. Qəbulda vətəndaşların işlə təmin edilmə, sahələrin suvarılması və sair mövzularda müraciətləri Şəhər rəhbəri tərəfindən dinlənilib, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq, qanunlarımız çərçivəsində  həll edilməsi və müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbula iştirak edənlər onların müraciətlərinin həssaslıqla dinlənilməsindən məmnunluqlarını bidirərək diqqət və qayğıya  görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər