Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayonunda taxıl biçini uğurla çatmışdır

03 iyul 2021 | 16:00


Yevlaxda torpaq mülkiyyətçiləri 2021-ci ildə 12021,0  hektar sahədə taxıl bitkiləri becəriblər. Onun 6680,4 hektarı buğda, 5340,6 hektarı arpadır. Aparılan düzgün aqrotexniki qulluq sayəsində zəmilərdə bol məhsul yetişib. Belə ki,rayon fermerləri tərəfindən 24183,0 ton buğda və 15487,7 ton arpa məhsulu biçilərək tədarük olunmuşdur. Orta məhsuldarlıq əvvəlki illərdən fərqli olaraq bu il daha yüksək olmuşdur. 2020-ci ildə buğdanın məhsulu 23353,4 ton, arpanın məhsulu isə 15310,3 ton olmuşdur. Cari ildə buğdanın məhsuldarlığı 36,2 sentner olmaqla keçən illə müqayisədə 1,2 sentner, arpanın məhsuldarlığı isə 29,0 sentner olmaqla keçən illə müqayisədə 0,3 sentner artmışdır.
Taxıl biçini “Aqrolizinq” ASC və rayondə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə məxsus 34 taxılbiçən kombaynlar tərəfindən aparılmışdır.

Keçidlər