Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhidlərin doğum günlərinin qeyd olunması ənənəsi davam etdirilir

28 iyun 2021 | 16:00


Yevlaxda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını alıb. Ənənənin davamı olaraq  Təhməzov Cavid Əvəz oğlunun doğum günü qeyd edilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, YAP Yevlax rayon təşkilatı aparatının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları,döyüş yoldaşları, dostları öncə Şəhidlər Xiyabanında Şəhidimizin  məzarını ziyarət edərək məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Anım mərasiminin iştirakçıları Cavid Təhməzovun həyat yolundan danışıb, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd ediblər.
Öz canını vətən uğrunda fəda edən igid oğullardan biri olan Şəhid Cavid Təhməzov 09 oktyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində düşmənə qarşı aparılan döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. 
Şəhidimiz döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Soqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə Şəhidin təhsil aldığı şəhər 4 saylı tam orta məktəb şəhidin xatirəsinə inşa müsabiqəsi, Şəhər Uşaq Gənclər İdman Şahmat məktəbi isə onlayn şahmat turniri keçirmiş, qaliblərə fəxri fərmanlar şəhidin ailə üzvləri və yaxınları tərəfindən təqdim edilmişdir.
Şəhid Cavidin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər