Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Vətən Müharibəsi iştirakçıları və qaziləri ilə görüş keçirilib

25 iyun 2021 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu ötən il sentyabrın 27-də düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün başladığı zəfər yürüşü 44 gün sonra qalibiyyətlə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə Vətən Müharibəsinin iştirakçıları və qaziləri ilə xüsusi karantin qaydalarına  riayət edilməklə görüş keçirilmişdir. Əvvəlcə Yevlax şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb.

Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirmişdir ki, 103 illik tarixi olan bayramı ilk dəfədir ki, böyük Zəfər qazanmış xalqın təmsilçiləri kimi qarşılayırıq. Artıq bayramın   ildönümünü Qarabağda qeyd etməyi arzulamayacağıq. Çünki 30 illik  bu   arzumuzu Müzəffər Ali Baş Komandanımız və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitləri böyük şücaətlə həyata keçirdilər. Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı təmin edən Prezidentimiz, müzəffər Ali Baş Komandanımıza, fədakar əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildiririk.
Eyni zamanda Vətən Savaşında qurban gedən   şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən savaşı sübut etdi ki, Azərbaycan Ordusu nəinki Qafqaz regionunun ən güclüsüdür, əslində, dünyanın ən peşəkar, ən qətiyyətli ordularından biridir.   Ali Baş Komandanımız İlham Əliyev   Ulu Öndər Heydər  Əliyevin müqəddəs ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artırmış, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.
Şəhər İcra Hakimiyyətinin Başçısı həmçinin qeyd etdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə Ordu quruculuğu siyasətini elə bir zirvəyə ucaltdı, elə bir Zəfərlə taclandırdı ki, artıq dünya bizim gücümüzlə hesablaşır. Biz artıq hərb sahəsində öyrənmirik, əksinə, öyrədirik. Dünyada nümunə kimi qəbul olunuruq, örnək model yaradırıq. Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu» elə Azərbaycan dövlətinin, Azərbaycan Silahlı Qüvvələrinin dəmir yumruğudur. Sizin bu dəmir yumruğunuz tək Azərbaycana deyil, bütün Qafqaza sülh, ədalət, inkişaf gətirir.
Daha sonra çıxış edən Vətən Müharibəsi qaziləri ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib, Azərbaycan xalqının qeyrətli oğullarının müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını bildiriblər. Bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd ediblər.
Sonda  44 günlük Vətən Müharibəsinə həsr edilmiş “Zəfər yürüşü” adlı video çarx , Şəhər Mədəniyyət Mərkəzi tərəfindən vətənpərvərlik mövzusuna həsr edilmiş musiqi kompozisiyası nümayiş etdirilmiş, Müzəffər Ali Baş Komandanımız, Cənab İlham Əliyev tərəfindən medallarlala təltif edilmiş Vətən Müharibəsi qazilərinə və iştirakçılarına medalları təqdim edilmişdir.
Vətən Müharibəsi qaziləri və iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə  Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər