Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda onlayn vətəndaş qəbulu davam etdirilib

22 iyun 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbəti onlayn qəbulu keçirilib.
Qəbul zamanı Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev rayonun şəhər və kəndləri üzrə qəbula yazılmış 20-ə yaxın  nəfər vətəndaşın prblemlərini və irəli sürdükləri təklifləri dinlədi.
Sakinlərin müraciətləri əsasən məşğulluğun və özünüməşğulluğun təmin edilməsi, kənd təsərrüfatı və torpaq məsələləri, suvarma suyu ilə təminat və digər sahələrdən ibarət oldu.
Vətəndaşların müraciətlərini  dinləyən Şəhər Rəhbəri səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürüldü.
Qəbulda iştirak edən sakinlər onların müraciətlərinin dinlənilməsinin təşkilinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və  Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər