Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda daha bir parkda əsaslı təmir işləri həyata keçirilir

18 iyun 2021 | 16:00


Ölkə başçısı Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Yevlax şəhərinin də abadlaşması və müasirləşməsi istiqamətində geniş tədbirlər görülür, sosial-infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində şəhərin Zərdabi küçəsində yerləşən,uzun illər  baxımsız qalmış park əsaslı şəkildə yenidən qurulur. Hazırda parkda istinad divarı çəkilir, əyləncə qurğularının yerlərinin betonlanması üçün hazırlıq işləri həyata keçirilir. Burada şəhər sakinlərinin, o cümlədən uşaqların istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub.
Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyi parkda aparılan işləri nəzarətdə saxlayaraq mütəmadi olaraq bura baxış keçirilir, işlərin keyfiyyətlə görülməsi və digər məsələlərlə bağlı müvafiq tövsiyyə və tapşırıqlar verilir.
Hazırda parkda işlər davam etdirilir.

Keçidlər