Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax məktəbliləri Respublika turnirinin zona yarışında uğur qazanıblar

10 iyun 2021 | 16:00


Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turnirinin proqramına daxil olan idman növləri üzrə  xüsusi karantin rejimi qaydalarına uyğun olaraq zona yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.
Şəmkir Olimpiya İdman Kompleksində mini futbol idman növü üzrə keçirilən yarışda Yevlax şəhər Uşaq Gənclər, İdman,Şahmat məktəbinin komandası II yerə layiq görülüb.

Keçidlər