Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyəti Başçısının növbəti onlayn qəbulu keçirildi

08 iyun 2021 | 16:00


Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarı nəzərə alınaraq Şəhər icra hakimiyyətinin Başçısı tərəfindən hər həftə vətəndaşların qəbulu onlayn qaydada həyata keçirilir. Onlayn qəbulda sakinlərin müraciətləri və şikayətləri Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən dinlənilmiş, bəzi məsələlər yerindəcə həll edilmiş, bəzi məsələlər  həlli istiqamətində müvafiq tədbirlərin görülməsi və aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata götürülmüşdür.
Qəbulda iştirak edən sakinlər onların müraciətlərinin həssaslıqla dinlənilməsindən məmnunluqlarını bildirmiş, sakinlərə yaradılan belə şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər