Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda taxıl yığımına başlanılmışdır

07 iyun 2021 | 16:00


Yevlaxda taxılçılıqla məşğul olan fermerlər arpa biçininə başlayıblar


Rayonda 2020-ci ilin payız əkin mövsümündə 12021 hektar taxıl əkilmişdir. Bunun da 6680,4 hektarı buğda,  5340,6 hektarı isə arpa bitkisidir. Taxıl biçini prosesində texnikanın düzgün dislokasiyası, biçin zamanı kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsi məqsədilə karantin rejiminin qaydalarına əməl edilməklə kənd və qəsəbələrdə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. Fermerlərə biçin haqqında ətraflı məlumatlar verilib, biçin prosesi, biçinə nəzarət, vətəndaşların növbəli biçin prosesinə əməl etməsinin vacibliyi haqqında tövsiyələr, çağırışlar edilib. Rayonda artıq arpa biçininə başlanmış və  bu günə kimi 2025 hektar sahədə biçin aparılmış,bu günki tarixədək  5811,8 tondan artıq məhsul əldə edilmişdir. Hazırda  orta məhsuldarlıq 28,7 sentnerdən çoxdur.
Taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, texnika saz vəziyyətə gətirilib. Taxıl biçininə, ümumilikdə, rayon üzrə 34 ədəd taxılbiçən kombayn cəlb edilib.
Həmçinin 15 iyun 2021-ci il tarixdən buğda biçininin aparılmasına başlanılması nəzərdə tutulur. Buğda bitkisinin orta məhsuldarlığının 35,0 sentiner olacağı ehtimal olunur.

Keçidlər