Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda barama tədarükünə başlanılmışdır

05 iyun 2021 | 16:00


Qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu fəaliyyət aqrar sahədə daha yüksək nəticələrin əldə olunmasına yol açıb.Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin tövsiyə və göstərişlərinə əsasən kənd təsərrüfatının gəlirli sahəsi olan baramaçılığın inkişafını təmin etmək üçün bölgələrdə əsaslı tədbirlər görülür, kümçülərin yetişdirdikləri barama yüksək qiymətə alınır. Ölkə Rəhbərinin tapşırığına əsasən respublikamızda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Yevlaxda da ənənəvi sahələrdən olan baramaçılığın inkişafına təkan verib. Bu mövsüm ilində Yevlax rayonuna 300 qutu tut ipəkqurdu toxumu paylanmışdır. Rayon ərazisində tut ipəkqurdu toxumunun paylanması üçün 136 kümçü müəyyən edilmiş, Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələri, barama mütəxəssislərinin iştirakı ilə yerlərdə tut ipəkqurdunun saxlanılıb yetişdirilməsi üçün nəzərdə tutulan tikililərə baxış keçirilmiş, kümçülərə maksimum münbit şərait yaradılmışdır.Həmçinin kümçülərə müvafiq təklif və tövsiyələr verilmişdir. 2021-ci il uçün Yevlax rayonu üzrə 12 ton barama təhvil verməyi planlaşdırılır.
Yevlax rayonunda barama tədarükünə başlanılmışdır. Bu günə kimi 2078 kq barama tədarük olunmuşdur. Hal-hazırda barama tədarükü davam edir.

 

 

Keçidlər