Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Vətən müharibəsi şəhidi Bəxtiyar Bəkirovun xatirəsi anılıb

18 may 2021 | 16:00


Yevlaxda Azərbaycan Ordusunun Müddətdən artıq Hərbi Qulluqçusu, Şəhid Bəxtiyar Bəkirovun anım mərasimi keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin rəsmiləri, Şəhidin ailə üzvləri və yaxınları mayın 18-də şəhidin doğum günündə Yevlax rayonun Xaldan kənd qəbirstanlığında onun məzarını ziyarət ediblər.
Daha sonra iştirakçılar Bəxtiyar Bəkirovun yaşadığı evə gələrək şəhid haqqında xatirələrini bölüşüblər, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Qeyd olunub ki, B.Bəkirov canını Vətən torpaqlarının azadlığı uğrunda fəda edib.
Qeyd edək ki, Bəkirov Bəxtiyar Yavər oğlu 1981-ci ilin mayın 18-də Yevlax rayonunun Xaldan kəndində anadan olub. Hərbi xidmətə başladığı ilk gündən bacarığı və şücaəti ilə komandirlərin diqqətini cəlb edən Bəxtiyar Bəkirov ayrı-ayrı cəbhə bölgələrində erməni işğalçılarına qarşı ölüm-dirim savaşlarında iştirak edib.
Vətən müharibəsi zamanı düşmənin bir neçə hərbi qulluqçusu və zirehli texnikasını məhv edib. Bəxtiyar Bəkirov oktyabrın 10-da Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin qəhrəmanlığı Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət, qayğıdan razılıqlarını bildirərək Ölkə Başçısı Cənab İlham Əliyevə və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Keçidlər