Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib

12 may 2021 | 16:00


Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Yevlaxda doğulub boya-başa çatmış Anar Umarovdur.
1991-ci il mayın 12-də dünyaya göz açan Anar ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda həyata keçirilən döyüş əməliyyatlarında iştirak edərək böyük şücaətlər göstərmişdir. Lakin oktyabrın 30-da  Murovdağ istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunan  şəhid Anar Umarov doğma Yevlax şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri və yaxınları əvvəlcə şəhidin məzarı üstünə tər qərənfillər düzmüşlər. Sonra Şəhidin yaşadığı evdə xüsusi karantin rejimi qaydalarına uyğun keçirilən xatirə görüşündə iştirak edənlər Anar Umarovun vətənpərvərliyindən söhbət açmış və belə bir oğul böyütdükləri üçün valideynlərinə minnətdarlıq etmişlər.

Görüş zamanı şəhidin ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş və Prezident, Ali Baş Komandan  İlham Əliyevə və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər