Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əli Məmmədovun ad günü qeyd olundu

14 aprel 2021 | 16:00


Yevlax şəhər sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əli Zeynal oğlu Məmmədovun ad günü məzarı önündə, Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri ilə  birlikdə qeyd olundu.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzüldü. Daha sonra iştirakçılar şəhidin yaşadığı evdə olub, Şəhid Əli Məmmədovun keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb.
Həmçinin qeyd edildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Tədbir zamanı Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdılar.
Sonda Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

 

 

 

Keçidlər