Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda karantin qaydalarına nəzarət tədbirləri davam edir.

06 aprel 2021 | 16:00


Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Yevlax şəhərində karantin rejimi qaydalarının yerinə yetirilməsinə nəzarət tədbirləri davam etdirilir. Şəhər icra hakimiyyətində yaradılmış mobil qruplar bu məqsədlə mütəmadi reydlər keçirir, iaşə və ticarət obyetlərində , əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirici söhbətlər aparır. Reydlər zamanı vətəndaşlara sosial məsafə saxlanılmasının, tibbi maskadan istifadənin zəruriliyi və peyvəndlənmə kompaniyasında vaxtında iştirak etməyin önəmi bir daha xatırladılıb. Dövlətimiz tərəfindən əhalinin sağlamlığı üçün görülən işlərlə bağlı vətəndaşlara ətraflı məlumat verilib.

 

Keçidlər