Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib

09 mart 2021 | 16:00

 

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev onlayn qaydada vətəndaşlarla növbəti qəbul keçirib.


Ümumilikdə 30-a yaxın vətəndaşın müxtəlif məzmunlu müraciətlərini dinləyən Şəhər İcra Hakimiyyətinin başçısı həlli vacib və mümkün olan problemlərin həll edilməsi üçün tapşırıq verib. Həmçinin vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərə dair onlara müvafiq izahat verilmiş və ya  həlli ilə əlaqədar araşdırılıb müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilərək nəzarətə götürülmüşdür.
Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkəmizdə və Yevlaxda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər