Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində şəhid olmuş Hüseynli İbrahim İsa oğlunun ailəsi ziyarət edildi

24 fevral 2021 | 16:00

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş, “Vətən uğrunda” medalı ilə təltif edilmiş Hüseynli İbrahim İsa oğlunun övladı dünyaya gəlmişdir. Şəhidin öz vəsiyyətinə əsasən körpəyə Alituran adı verilmişdir. Bu münasibətlə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxsləri  rayonun Qoyunbinəsi kəndində şəhidin ailəsini ziyarət etmişlər.
Görüşdə Ali Baş Komandanımız, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfərin Azərbaycan Xalqının Şanlı tarixindəki önəmindən danışıldı. Həmçinin o da vurğulandı ki, Şəhid ailələri Prezidentimizin  xüsusi diqqət və qayğısı ilə əhatə olunublar.
Sonda ailənin problemləri Şəhər İcra Hakimiyyəti tərəfindən qeydə alınaraq nəzarətə götürüldü.

 

Keçidlər