Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin mövcud pandemiya şəraitində Respublika ərazisində tətbiq edilən karantin rejimi qaydalarına əməl edilməsilə bağlı tövsiyələrini nəzərə alaraq, vətəndaşların təhlükəsiz şəraitdə qəbulunu təmin etmək məqsədilə 25 fevral 2021-ci il tarixində, saat 10:00-dan 13:00-a qədər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tərəfindən Göygöl Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində onlayn vətəndaş qəbulu keçiriləcəkdir.
Onlayn qəbulda iştirak etmək istəyən Yevlax rayon sakinləri məlumat almaq və yaranan suallar üçün (+994 22) 205 34 03 nömrəsi ilə əlaqə saxlaya bilərlər.