Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda vətən müharibəsində yaralanmış qazilərimiz ziyarət edilib.

05 fevral 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Vətən müharibəsi zamanı yaralanan qazilər-Quluzadə Murad Akif oğlu, Mustafayev Emin Seymur oğlu, Əsgərzadə Alxan Elzamin oğlunu evlərində ziyarət etmişdir. Görüşdə Şəhər rəhbəri sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqlarından söhbət açmışdır. Torpaqlarımızın işğaldan azad edilməsi naminə döyüşmüş və yaralanmış qazilərlə görüş zamanı onları narahat edən problemlər öyrənilmiş və həlli istiqamətində tədbirlər nəzarətə götürülmüşdür.
Qazilər və ailə üzvləri Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər