Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhidlər Xiyabanında abadlıq-qurucluq işləri həyata keçirilir.

10 yanvar 2021 | 16:00

“Torpaq, uğrunda ölən varsa, Vətəndir” - deyirlər. 

Çünki Vətən onu qoruyan, canından əziz sayan oğullar sayəsində var olub hər zaman. Neçə-neçə igidlər Vətən torpağı  uğrunda qəhrəmancasına vuruşub, ölümün gözünə dik baxaraq öz yolundan geri dönməyiblər.
Bəli, Vətən uğrunda  minlərlə igid oğullarımız öz canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Öz torpaqlarını qanları bahasına qoruyublar.
Bu gün Yevlax Şəhidlər Xiyabanında  uyuyan belə qəhrəmanlar cismən  bizlərlə olmasa da, onların əziz və müqəddəs ruhları hər zaman bizimlədir. Onların ruhuna hörmət etmək, əziz xatirələrini daim yad etmək isə bizim hər birimizin vətəndaş kimi ən ümdə borcumuzdur.
     Hazırda Yevlax şəhərində Şəhidlər xiyabanında abadlıq-bərpa işləri aparılır. Belə ki, ərazi abadlaşdırılır,  yeni yaşıllıq salınır, ağaclar əkilir. Şəhidlərin xatirəsinə inşa edilmiş bulaqda təmir-bərpa işləri aparılır. Xiyabanda məzarların arasına tamet piltələri döşənir, bardür düzülür.     Bundan başqa, vətəndaşların müraciətləri nəzərə alınaraq işıqlandırma sisteminin yenidən qurulması və digər işlərin görülməsi də planlaşdırılır.

Keçidlər