Şriftin ölçüsü :

Saytın rəngi :

Bəydili kəndi qazla təmin edilib

12 noyabr 2020 | 16:00


Yevlax rayonunun Bəydilli kəndində 118 abonentin qazla təmin edilməsi  üçün  birpilləli sistem əsasında ümumi uzunluğu 8863 metr müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.Kənd sakinləri bildirdilər ki, Ali Baş Komandanımız Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında qazanılan möhtəşəm qələbə, torpaqlarımızın işğaldan azad edilməsi onları çox sevindirib. Bu Qələbə sayəsində işğalda olan torpaqlarımız geri qaytarıldı. Artıq Ölkəmizdə məcburi köçkün problemi aradan qaldırıldı.Açılış zamanı kənd sakinləri qazla təmin edilmələri üçün Ölkə Rəhbəri, Ali Baş Komandan Cənab Prezidentimiz İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Belə ki, qış fəslinin gəlməsi  onların qayğılarını artırırdı. Qaz xəttinin çəkilməsi nəticəsində kəndin illərdir davam edən qazsızlıq problemi həllini tapdı.

Bəydili kəndinin qazla təmin edilməsi ilə Yevlax rayonun bütün yaşayış məntəqələrinin tam qazlaşdırılması başa çatdırıldı.

Keçidlər