Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda təmirə ehtiyacı olan küçə və yollarda əsaslı təmir işləri davam etdirilir.

24 oktyabr 2020 | 16:00

 

Yevlaxda  aparılan abadlıq-quruculuq işləri çərçivəsində küçələrin asfaltlanması işləri görülür.


Təsdiq edilmiş layihəyə uyğun olaraq şəhərin şəhər sakinlərinin gediş-gəlişində daha çox istifadə etdikləri ərazilərdən olan Zərdabi küçəsində  piyadaların sərbəst və təhlükəsiz hərəkəti üçün yeni səkilər yaradılmış, yolda bərpa işləri aparılaraq 2000 kv.m-dən artıq asfalt örtüyü vurulmuşdur. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır.
Aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır. Ölkəmiz üçün çətin olan bu günlərdə belə işlərin həyata keçirilməsini təmin etdiyi üçün şəhər sakinləri Ölkə Başçısı Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
Qeyd edək ki, şəhərin digər küçələrində də bu işlər mərhələli şəkildə aparılacaq.

 

 

 

 

Keçidlər