Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda koronovirusa qarşı maarifləndirmə işləri davam etdirilir

15 oktyabr 2020 | 16:00


Koronavirusa qarşı mübarizə bu gün dövlətimizin üçün önəmli məsələdir. 

Nazirlər Kabinet yaradılmış Operativ Qərargah virusun yayılmasının qarşısının alınmasına səfərbər edilib. Vaxtında lazımı qabaqlayıcı tədbirlər görülür, tövsiyələr verilir. Vətəndaşların virusa yoluxmaması üçün maarifləndirmə işləri aparılır.
Şəhərdə yerləşən müvafiq qurumlarının səmərəli tədbirləri ilə yanaşı, vətəndaşların da müvafiq tövsiyələrə intizamla əməl etməsi sayəsində lazımı nəticə əldə edilməsi mümkündür. İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birinə dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirlər hamılıqla dəstəkləməyə ehtiyac var. Birlik və həmrəylik, dövlətə dəstək olmaq pandemiya ilə mübarizədə uğur qazanmağın əsas şərtlərindəndir.
Koronavirus pandemiya şəraitində vətəndaşları  effektiv şəkildə qorumaq üçün Yevlax Şəhər İcra Hakimiyyətində yaradılmış mobil qruplar əhalinin sıx olduğu yerdə mütəmadi maarifləndirmə işi aparır. Qeyd olunmalıdır ki, ölkədə karantin rejimi tətbiq ediləndən Yevlax şəhər İcra hakimiyyəti tərəfindən önləyici tədbirlər yüksək səviyyədə həyata keçirilir. Belə ki, mütəmadi olaraq ərazidə yerləşən ərzaq mağazaları, aptek və supermarketlər, xəstəxanaların həyətləri ziyarət edilərək vətəndaş və ictimai iaşə obyektlərinin əməkdaşları ilə maarifləndirici söhbətlər edilir. Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları qapalı məkanlarda sanitar-epidemioloji qaydaların gözlənib-gözlənilmədiyini bilavasitə nəzarət edirlər. Müəyyən edilən çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilir. Qapalı məkanlarda sıxlığa yol verilməməsi və tibbi qoruyucu vasitələrdən istifadəyə nəzarətin gücləndirilməsinə dair söhbətlər aparılır. Karantin rejimi ilə əlaqədar Yevlax şəhərində monitorinqlər davam edir.

 

 

 

 

 

 

 

Keçidlər