Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən onlayn qaydada vətəndaşların növbəti qəbulu keçirilib

22 sentyabr 2020 | 16:00

 

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin onlayn qaydada vətəndaşlarla növbəti qəbulu keçirilib.


Fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən onlayn qəbulda 20-dan çox vətəndaşın müraciəti dinlənilib, qayğı və problemləri ilə maraqlanılıb. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələlərlə bağlı olub.
Bəzi məsələlər qəbul zamanı həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərə baxılması ilə bağlı müvafiq tədbirlərin görüləcəyi, aidiyyəti qurumlar qarşısında məsələlərin qaldırılacağı bildirilib.
Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə və Yevlaxda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər